Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

MSK-nın növbəti iclası keçirilib


İyulun 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədlərini təqdim ediblər.

Namizədlər barədə MSK üzvü Fuad Cavadov, MSK katibləri Arifə MuxtarovaMikayıl Rəhimov məlumat verib.

Bildiriblər ki, hər DSK-nın 9 üzvü olur, onlardan 3-ün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-ün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunub.

Dairə seçki komissiyalarına ümumilikdə 1125 nəfər üzv seçilib. DSK-larda 10 siyasi partiya təmsil olunacaq. YAP istisna olmaqla azlıqda qalan digər 9 partiyanın ümumi təmsilçilərinin sayı 375 nəfərdir (onlardan 60 faizi əvvəlki DSK üzvləridir). Digər 375 nəfər YAP-ı, qalan 375 nəfər isə heç bir partiyaya mənsub olmayan müstəqil deputatları təmsil edəcək.

Sonda MSK üzvlərindən 1 nəfər əleyhinə səs verməklə (Akif Qurbanov) və 1 nəfər (Almaz Qəhrəmanlı) bitərəf qalmaqla DSK-ların tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul olunub.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsinə də yerləşdiriləcək.
XS
SM
MD
LG