Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

2 aprel məhbusları vəkilləri ilə görüşüblər


İyulun 19-da İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP şöbə müdiri Məhəmməd Məcidli və Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı vəkilləri ilə görüşüb.

Müstəntiqlər Bakı İstintaq Təcridxanasında vəkillərin iştirakı ilə cinayət işinin yekunlaşmasına dair qərarı təqsirləndirilən şəxslərə elan ediblər.

Xəbəri AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev verib.

İyulun 20-dən təqsirləndirilən şəxslər və vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG