Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08
Azadlıq Radiosunun ədəbiyyat portalında – “Oxu zalı”nda şeir müsabiqəsi keçiriləcək.

“Ədəbi Azadlıq-2011” şeir müsabiqəsinin sentyabrda başlanması planlaşdırılır.

Bu ilki “Ədəbi Azadlıq” hekayə müsabiqəsi kimi bu şeir müsabiqəsi də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr ediləcək.

Amma hekayə müsabiqəsində olduğu kimi şeir müsabiqəsində də iştirakçılardan dar bir mövzuda əsər tələb edilmir.

Müsabiqədə 2 əhatəli nominasiya üzrə mükafatlar nəzərdə tutulub.

Şərti olaraq bunları - ictimai-siyasi və lirik mövzular kimi bölmək olar.

Qaliblər üçün pul mükafatları nəzərdə tutulur.

Müsabiqənin başlanma vaxtı, qaydaları, münasiflər heyəti haqda yaxın həftələrdə məlumat verəcəyik.

Həmçinin oxu
Musa Əfəndi «Ədəbi Azadlıq-2011» hekayə müsabiqəsinin qalibidir

Günün bütün mövzuları

XS
SM
MD
LG