Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:00

Nemət Pənahlı aclığı dayandırıb


İyulun 9-dan Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən Nemət Pənahlı iyulun 18-də aksiyanı dayandırıb.

Xəbəri AzadlıqRadiosuna Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov verib.

O deyib ki, xidmət əməkdaşları Nemət Pənahlı ilə profilaktik söhbət aparıblar:

«İzah olundu ki, tələbləri varsa, apellyasiya instansiyasına, aidiyyəti orqanlara yazılı müraciət edə bilər. Nemət Pənahlı da razılaşıb və aclığı dayandırıb. Artıq yemək qəbul edib».

Nemət Pənahlı pis rəftara, psixi və fiziki təzyiqlərə məruz qaldığını səbəb gətirərək aclıq aksiyası keçirirdi.

O, xuliqanlıqda ittiham olunaraq iyunun 17-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG