Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:28

«Meşə qardaşları» silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyevə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində «Meşə qardaşları» silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Samir Mehdiyev cəzasının 2 ilini qapalı rejimdə çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Samir Mehdiyevin cəzasının 3 ilini qapalı rejimdə çəkməklə 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.

«Meşə qardaşları» 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Əbu-Bəkr» məscidində partlayış törətməkdə ittiham olunur. Belə ki, məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /apa/
XS
SM
MD
LG