Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

Araz Əzimov: «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır»


Araz Əzimov

Araz Əzimov

«Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır».

Bu sözləri Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov «Exo Moskvı» radiosuna müsahibəsində deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist mövcudiyyətdən iqtisadi mövcudiyyət konsepsiyasına keçməlidir:

«Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb».

A. Əzimov bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG