Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Qaddafi hökuməti ilə ABŞ diplomatları görüşüb


Muammar Qaddafi hökuməti ilə ABŞ diplomatları arasında görüş olub. Liviya hökumətinin sözçüsü bildirib ki, əlaqələrin bərpası üçün danışıqlar aparılıb.

ABŞ-ın Dövlət Departamentinin rəsmiləri də görüşün keçirildiyini təsdiqləyib, amma deyiblər ki, onlar Qaddafinin istefaya getməli olduğu mesajını çatdırıblar. Növbəti görüş planlaşdırılmır.

Bu görüş ərəfəsində iyulun 15-də İstanbulda ABŞ və digər 30 ölkə nümayəndəsinin toplantısı keçirilmişdi. Yığıncaqda Liviya üsyançılarının hakimiyyətinin tanınması müzakirə edilib.

Liviya hökumətinin sözçüsü Moussa İbrahim jurnalistlərə deyib ki, Tripolidə iyulun 16-da danışıqlar olub, amma o, görüşdə kimlərin iştirak etdiyini və harada keçirildiyini açıqlamadan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG