Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:24

Telefon dinlənilməsi qalmaqalı Britaniya parlamentində müzakirə ediləcək


Telefon dinləmə qalmaqalı ilə üzləşən "News of the World" qəzetinin icraçı direktoru Rupert Murdoch və onun oğlu James bu gün Britaniya parlamentinin sualları ilə üzləşəçəklər. Eyni zamanda bu qalmaqala görə tənqidlə üzləşdiyindən istefa vermiş London polisin rəisi Paul Stephenson da parlamentdəki sorğu-suala cəlb olunacaq. O, bazar günü istefa verib.

Parlamentin iclasında iştirak etmək üçün baş nazir David Cameron da Afrikaya səfərini yarımçıq qoyub və Londona qayıtmağa hazırlaşır.

Bu sorğu-suala görə Britaniya parlamenti yay tətilinə çıxmağı təxirə salıb.

Rupert Murdoch yüzlərlə tanınmış adamların, rəqib jurnalistlərin, o cümlədən həlak olmuş Britaniya əsgərlərinin və qətlə yetirilmiş gənclərin ailələrinin telefon danışıqlarını gizlin və qeyri-qanuni dinləmədə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG