Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Çadır maşınlarının yığışdırılması, azərbaycanlı turistlər Gürcüstanda və...


Mətbuat icmalı
Mətbuat icmalı
«DİKTATORLARA SONUNCU XƏBƏRDARLIQ» başlıqlı yazı «Azadlıq» qəzetinin 19 iyun sayında çıxıb. Qəzet yazır ki, ABŞ Dövlət katibi Hillari Klintonun Türkiyə səfəri Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıdı. Vaşinqtonda Lavrovla Qarabağ münaqişəsini müzakirə etdikdən sonra Ankarada yenidən Cənubi Qafqaz məsələsinin müzakirə predmeti olması diqqət çəkir:

«Türkiyə Xarici İşlər nazir Əhməd Davudoğlu və ABŞ Dövlət katibi Hillari Klintonun Cənubi Qafqazda insan haqları və demokratiyanın sabitliyə başlıca şərt olduğuna dair bəyanatları isə diqqəti xüsusilə çəkdi. ABŞ artıq bu regionda demokratiya məsələlərini Rusiya ilə müzakirə etmir».

«PENSİYALARIN ARTIMLARLA BİRLİKDƏ MALİYYƏLƏŞMƏSİNƏ BAŞLANILIB» yazısı «Yeni Azərbaycan» qəzetində çıxıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, «bu artımlar prezident İlham Əliyevin insan amilinə, yəni xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfədir».

«Yeni Müsavat» qəzeti yazır ki, camaat arasında «Göy məscid» kimi tanınan «ƏJDƏR BƏY» MƏSCİDİ QARŞISINDA DAYANAN ÇADIR MAŞINLARI BİR NEÇƏ GÜNDÜR Kİ, YIĞIŞDIRILIB:

«Aldığımız məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Daxili İşlər naziri Ramil Usubova müraciətindən sonra paytaxt polisi hərəkətə keçib. Nəticədə çadır servisində çalışan maşınların ərazidə dayanmasına qadağa qoyulub. 10 ilə yaxındır yas çadırı kirayə verməklə məşğul olan Hüseyn İbrahimov deyir ki, QMİ sədri DİN-ə müraciət edəndən sonra post-patrul xidmətinin əməkdaşları əraziyə gəlib və onları buradan zorla uzaqlaşdırıb:

«İndi hərə özünə bir ofis açıb yenə həmişəki kimi fəaliyyət göstərir. Çadır maşınları Dərnəgül şosesindəki qarajda saxlanılır»».

«Bizim yol» qəzeti yazır ki, ÖTƏN İL 500 MİN AZƏRBAYCANLI GÜRCÜSTANDA İSTİRAHƏT EDİB:

«Azərbaycanda dincəlmək Türkiyənin, Gürcüstanın, Ukraynanın turizm məkanlarından iki dəfə baha başa gəlir. Gürcüstanda bir günlük 10 manata ev kirayələmək olur. Həmin evdə təxminən 4 adam qala bilir. Azərbaycan üçün bu fantastik qiymət sayıla bilər. Ona görə də Gürcüstana gedənlərin sayı çoxalır…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG