Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:16

Rusiya Almaniya ilə enerji əlaqələrini dərinləşdirmək istəyir


Rusiya prezidenti Dmitri Medvedev Almaniyaya gedib. O, burda kansler Angela Merkellə enerji əlaqələrinin dərinləşdirilməsini müzakirə edəcək. Medvedev iyulun 19-da Merkellə Hannoverdə görüşəcək.

Müzakirələrdə Almaniyanın Rusiya qazına tələbatının artırılması yönündə aparılması gözlənir.

Bu yaxınlarda Almaniya elan edib ki, 2022-ci ilə kimi nüvə elektrik sənayesinin fəaliyyətini dayandıracaq.

Ötən həftə Rusiyanın "Qazprom" şirkəti elan edib ki, Almaniya ilə xüsusi danışıqlara gedir.
XS
SM
MD
LG