Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

Nazirin məhkəməsi canlı yayınlanır


Misirin dövlət televiziyası iyulun 18-də keçmiş prezident Hüsnü Mübarəkin vaxtında informasiya naziri olmuş Anas Əl-Fərqinin məhkəmə prosesini canlı yayınlayıb.

Həbs edilmiş keçmiş məmurların məhkəməsinin canlı yayımı müxalifətin tələbi idi.

Ötən həftənin sonu keçirilmiş mitinqdə müxalifətçilər ölkəyə nəzarət edən Ali Hərbi Şuranı Mübarək tərəfdarlarını məsuliyyətə cəlb etmək işini sürətləndirməyə çağırmışdı.

Məhkəmədə keçmiş nazir dövlət büdcəsindən 1,8 milyon dolların mənimsənilməsində iştirak etməsi ilə bağlı ittihamı rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG