Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

TQDK 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb


Arxiv foto
Arxiv foto
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsinə əsasən, 4144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İmtahana qatılan abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə prosesdən kənarlaşdırılaraq nəticələri ləğv edilib.

Sənəd vermiş abituriyentlərdən 691 nəfəri imtahanda iştirak etməyib.

TQDK-nın iyulun 18-də öz internet saytında yerləşdirdiyi məlumatda belə deyilir.
Məlumata görə, ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı «Abituriyent» jurnalının 3-cü sayında dərc olunub.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması isə «Abituriyent» jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimində yalnız müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 16-da keçirilib.
XS
SM
MD
LG