Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19
“Ən çox – elə ən çox sevdiklərimizi incidirik”...

Tanınmış türk yazıçısı Elif Şafak-ın yeni romanını – əsərdəki bu cümlə daha yaxşı xarakterizə edir.

“İsgəndər” adlanan roman avqustun 1-dən Türkiyədə satışda olacaq.

Romanın baş qəhrəmanlarından biri – Türkiyənin bir kürd kəndində anadan olan Pembe adlı qadındır.

O ailə qurub əvvəl İstanbula, daha sonra Londona köçür.

Yazıçı üç uşaqlı bu ailənin qürbətdəki həyatından bəhs edir.

Buna bir “ana-oğul” romanı da demək olar.

Romanın adı – Pembenin oğlu İsgəndərin adından götürülüb.

Roman türk kişisinin şəxsiyyətinin necə formalaşması haqdadır.

Elif Şafak Türkiyə mətbuatına müsahibəsində deyib:

“Benim için ‘İskender’ de bir aile hikayesi. Bir göç hikayesi. Tepede de bir ana-oğul ilişkisi var. Biraz bunu çözmek, gözlemlemek istedim. Türkiye’de erkeklik nasıl inşa ediliyor, nasıl kuruluyor? Kadınların bunda rolü ne? Aslında pek çok şeye, onları yetiştirme biçimlerimizle biz sebep oluyoruz. Ama esas olarak sevdiklerimizi kırmak üzerine bir roman. En çok sevdiklerimiz, en çok incittiklerimiz aslında”.

Elif Şafak romanın böyük hissəsini Londonda yazıb. Əsərdəki hadisələr əsasən ötən əsrin 70-ci illərinin sonunda baş verir.

Yazıçının bundan əvvəl işıq üzü görmüş “Eşq” romanı Türkiyədə bestseller olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG