Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

«Harry Potter» kino tarixində rekord vurdu


Harry Potter filminin qəhrəmanları.2007.

Harry Potter filminin qəhrəmanları.2007.

İngilis yazıçı Coan Roulinqin (J. K. Rowling) sehrbaz oğlan Harrynin sərgüzəştlərindən bəhs edən kitabları əsasında çəkilmiş sonuncu film kino tarixində rekord vurub.

«Harry Potter və ölümün bəxşişləri, 2-ci hissə» adlanan film təkcə ABŞ-da nümayiş edildiyi ilk gün - bu həftənin cümə günü 92 milyon dollar toplayıb.

Həmin gün filmin daha 57 ölkədə nümayişindən də 75 milyon dollar yığılıb.

Filmin premyerası Rusiya və bir sıra başqa ölkələrdə daha tez - iyulun 13-də olub və iyulun 17-ə olan məliumata görə filmin artıq 250 milyon dollarlıq bileti satılıb.

ABŞ-da premyera günü üçün rekord bundan əvvəl «The Twilight Saga: New Moon» filminə məxsus idi (72 milyon dollar).

«Harry Potter və ölümün bəxşişləri, 2-ci hissə» - sehrbaz oğlan Harry haqda filmlərin 8-cisi və sonuncusudur.

Təxminən 10 il qabaq ekranlara çıxmağa başlayan bu filmlərin indiyəcən ümumilikdə 6.4 milyard dollarlıq bileti satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG