Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

"Harry Potter" kino tarixində rekord vurdu


İngilis yazıçı Coan Roulinqin sehrbaz oğlan Harrinin sərgüzəştlərindən bəhs edən kitabları əsasında çəkilmiş sonuncu film kino tarixində rekord vurub.

"Harri Poter və ölümün bəxşişləri, 2-ci hissə" adlanan film təkcə ABŞ-da nümayiş edildiyi ilk gün - bu həftənin cümə günü 92 milyon dollar toplayıb.

Həmin gün filmin daha 57 ölkədə nümayişindən də 75 milyon dollar yığılıb.

Filmin premyerası Rusiya və bir sıra başqa ölkələrdə daha tez - iyulun 13-də olub və iyulun 17-ə olan məliumata görə filmin artıq 250 milyon dollarlıq bileti satılıb.

ABŞ-da premyera günü üçün rekord bundan əvvəl "The Twilight Saga: New Moon" filminə məxsus idi (72 milyon dollar).

"Harri Poter və ölümün bəxşişləri, 2-ci hissə" - sehrbaz oğlan Harry haqda filmlərin 8-cisi və sonuncusudur.

Təxminən 10 il qabaq ekranlara çıxmağa başlayan bu filmlərin indiyəcən ümumilikdə 6.4 milyard dollarlıq bileti satılıb.
XS
SM
MD
LG