Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

2 aprel aksiyasında saxlanılan sonuncu 4 nəfərin istintaqı başa çatıb


«İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı saxlanılmış daha 4 nəfərin - Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural AbbaslıMəhəmməd Məcidlinin cinayət işi üzrə istintaq artıq başa çatıb. Amma iş baxılması üçün məhkəməyə gələn həftə göndəriləcək».

Bunu Arif Hacılının vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib:

«Rəsmi elandan sonra biz cinayət işinin materialları ilə tanış olacağıq. Bu proses 3-4 gün çəkəcək. Təqsirləndirilən şəxslər bizə deyiblər ki, istintaqın aparılması ilə bağlı heç bir vəsatət qaldırmayaq. Onlar işin tezliklə məhkəməyə getməsini istəyirlər».

Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidli Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (233), eləcə də hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə (315) maddələri ilə təqsirli bilinirlər.

2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər barəsində cinayət işi açılıb. Qalan 10 nəfərin işi artıq məhkəmədədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG