Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

Yəməndə polislə etirazçılar arasında toqquşma olub


Yəmənin Hobeyda şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmada azı 30 nəfər yaralanıb.

Hökumət əleyhinə etiraz aksiyası keçirənləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və güllələrdən istifadə edib.

Nümayişçilər 33 ildir ki hakimiyyətdə olan prezident Əli Abdulla Salehin istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG