Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Bəxtiyar Hacıyevin məhkəməsi yenə təxirə salındı


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
İyulun 18-də Bakı Səbail Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə proses keçirilməli idi. Lakin o, məhkəməyə gətirilmədiyi üçün proses təxirə salınıb.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Vüqar Hacıyev məlumat verib:

«Məhkəmədən bizə bildirildi ki, onlar 3 saylı Şüvəlan istintaq təcridxanasına çağırış məktubu göndəriblər, amma Bəxtiyarın hansı səbəbdən prosesə gətirilməməsindən xəbərləri yoxdur. Biz təcridxana ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, Bəxtiyar barəsində çıxarılmış apelyasiya hökmü qüvvəyə mindiyindən onların Baş Penitensiar Xidmətin icazəsi olmadan təqsirləndirilən şəxsi məhkəməyə gətirmək səlahiyyətləri yoxdur».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sözçüsü Mehman Sadıqov isə bildirdi ki, hakim istintaq təcridxanasına yox, Penitensiar Xidmətə sifariş məktubu göndərməli idi:

«Hakim hər hansı proseslə bağlı məhkəməyə çağırılırsa, mütləq Penitensiar Xidmətə sifariş göndərilməli idi. Bu sifariş göndərilmədiyinə görə məhbus məhkəməyə gətirilməyib».

Bəxtiyar Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi həbs qərarı seçib. O, Gəncə şəhər Polis İdarəsində saxlandığı vaxt təzyiqlərə və zorakılığa məruz qaldığını iddia edirdi və bununla bağlı Baş Prokurorluğa müraciət etmişdi. Prokurorluq apardığı araşdırma nəticəsində onun zorakılığa məruz qalması faktını təsdiqləməmişdi.

Bəxtiyar Hacıyev Baş Prokurorluğun araşdırmanı düzgün aparmaması ilə bağlı Səbail rayon Məhkəməsində iddia qaldırıb. İyulun 18-də həmin iddia üzrə məhkəmə prosesi keçirilməli idi.
XS
SM
MD
LG