Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:12

«Neftçi»nın baş məşqçisi: «Sona kimi mübarizə aparacağıq»


İlk oyunda «Dinamo Zaqreb» «Neftçi»ni 3-0 hesabı ilə məğlub edib
««Dinamo Zaqreb»lə cavab oyununda şansımızın çox az olduğunu başa düşürük. Buna baxmayaraq, qələbə üçün sona kimi mübarizə aparacağıq. Öz imicimiz və əlbəttə ki, UEFA-nın reytinqi xatirinə qələbə qazanmaq istəyirik».

Bunu iyulun 18-də keçirdiyi mətbuat konfransında «Neftçi»nın baş məşqçisi Arif Əsədov deyib.

Baş məşqçi komandanın yarımmüdafiə xəttini gücləndirmək üçün bir yeni oyunçu almağı planlaşdırdıqlarını da bildirib.

İlk matçda xeyli qol vəziyyətlərini dəyərləndirə bilmədiklərini etiraf edən «Neftçi»nin belçikalı hücumçusu Emil Mpenza isə cavab qarşılaşmasında «Dinamo»nun qapısından top keçirəcəyinə söz verib:

«Əslində mənim üçün kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komanda qələbə qazansın».

«Dinamo» ilə ilk oyunda zədələnmiş İqor Mitreskini qarşıdakı oyunda əvəz edəcək Ruslan Əmircanov da qələbə üçün əllərində gələni edəcəklərini bildirib:

«Lazım gəlsə, lap qanımız çıxanadək mübarizə aparacağıq».

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Xorvatiyada keçirilən ilk oyunda «Dinamo Zaqreb» «Neftçi»ni 3-0 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması iyulun 19-u saat 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
XS
SM
MD
LG