Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

Ü.Quliyev, Ə.Məmmədli, E.Məcidli və R.Hacıbəylinin məhkəməsi iyulun 28-də başlayacaq


İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı barələrində cinayət işi açılmış Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur MəcidliRüfət Hacıbəylinin məhkəmə prosesi iyulun 28-də başlayacaq.

Bu barədə AzadlıqRadiosuna Nəsimi rayon Məhkəməsindən məlumat verilib. İş hakim Şahin Abdullayevin icraatındadır.

Təqsirləndirilənlər ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

2 aprel mitinqinə görə ümumilikdə 14 nəfər haqqında cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG