Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

Azərbaycan qızıl və gümüş istehsalını artırıb


Qızılın 1 unsiyasının (31.1 qram) qiyməti 1582 ABŞ dollardır

Qızılın 1 unsiyasının (31.1 qram) qiyməti 1582 ABŞ dollardır

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 891 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 0.5% çoxdur.

Bununla yanaşı, hesabat dövründə ölkədə 769 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-iyun aylarına nisbətən 48.5% çoxdur.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Cari ilin iyulun 1-nə Azərbaycanda istehsalçılarda qızılın hazır məhsul ehtiyatı 57 kq, gümüşün ehtiyatı isə 58 kq olub.

Qızılın 1 unsiyasının (31.1 qram) qiyməti hazırda dünya bazarlarında 1582 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 39 dollara bərabərdir. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG