Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Homs şəhərindəki toqquşmalarda azı 30 adam ölüb


Suriyanın Homs şəhərində prezident Bashar Assadin əleyhdarları ilə tərəfdarları arasında toqquşma olub. Azı 30 nəfər ölüb.

Bu haqda Londonda fəaliyyət göstərən Suriyada İnsan Hüquqları üzrə Müşahidə Şurasının nümayəndəsi Rami Abdel Rahman məlumat verib.

Mart ayından bu yana Bashar Assadin istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 1500-dən artıq adam ölüb.
XS
SM
MD
LG