Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

“Washington post” Azərbaycan səfirinin etirazını çap edib


Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev
Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev

“The Washington post” qəzeti iyulun 15-də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyevin bu qəzetin redaktoruna ünvanladığı məktubunu dərc edib. Bu barədə AzadlıqRadiosuna Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Səfir Yaşar Əliyev yazır ki, müəllif Will Englund bu qəzetin iyulun 7-də çap olunan sayında Qarabağdan bəhs edən reportajında Azərbaycanın mövqeyini göstərməyib. Məktubda deyilir ki, bu məqalədə “1921-ci ildə Stalinin qərarı ilə Dağlıq Qarabağı Azərbaycana birləşdirməsi” qeyd edilib, halbuki bu qərar əslində Dağlıq Qarabağın Azərbaycan daxilində saxlanılmasından ibarət idi.
Yaşar Əliyev yazır: “Məqalədə bir milyona qədər azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinə, o cümlədən, Xocalı qırğını kimi azərbaycanlılara qarşı törədilən cinayətlərə toxunulmayıb. Bunun əvəzində Ermənistan tərəfindən qurulmuş qeyri-qanuni Dağlıq Qarabağ separatçı rejimi reklam edilir”.
Yaşar Əliyev göstərir ki, məqalə müəllifi ertəsi gün - iyulun 8-də çap olunan reportajında da Dağlıq Qarabağın iki - azərbaycanlı və erməni icmasından ibarət olduğu faktına məhəl qoymur: “Gələcəkdə qəzetin Azərbaycanın mövqeyinə də bərabər diqqət göstərəcəyinə ümid edirik”, - deyə səfir Əliyev bildirib.
“The Washington post” qəzetinin müxbiri Will Englund bu yaxınlarda Dağlıq Qarabağda olub və burdan silsilə reportajlar hazırlayıb. Will Englund məqalələrində Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb. Azərbaycan onu məqalələrində yalnız Dağlıq Qarabağın erməni icmasının mövqeyini işıqlandırmaqda və və faktları təhrif etməkdə ittiham edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov yerli mətbuata bildirmişdi ki, onlar Will Englundun Dağlıq Qarabağa səfəri barədə əvvəlcədən məlumatlandırılıblar və bu səfərin həyata keçirilməsinə etiraz etməyiblər.

Müxbir Will Englund isə ANS-ə bildirib ki, reportajını yazarkən obyektiv olmağa çalışıb və əsasən gördüklərini qələmə alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG