Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

NATO təyyarələri Tripolini bombalayıb


NATO təyyarələri bazar gününə keçən gecə Liviyanın Paytaxtı Tripolidəki bir neçə obyekti bombalayıblar.

Şəhərin şərqindən partlayış səsləri eşidilib, yanğın baş verib.

Amma məhz hansı obyektlərin vurulduğu və itki olub-olmadığı hələlik bəlli deyil.

Ölkənin şərqində isə üsyançılar Qaddafi qüvvələrinin əlində olan Breqa şəhərinə hücumu davam etdirirlər.

Üsyançıların böyük itkilər verməsi barədə məlumatlar var.

Qaddafi şənbə günü tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, heç vaxt NATO və üsyançıların hücumları qarşısında təslim olmayacaq.
XS
SM
MD
LG