Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:46

UNİCEF Somaliyə hümanitar yardım çatdırıb


BMT-nin UNİCEF uşaq fondu ilk dəfədir ki, quraqlıqdan əziyyət çəkən Somalinin cənub rayonlarına hümanitar yardım çatdırıb.

Bu rayonlara hazırda Əl Qaidə ilə əlbir olan radikal Al Şabab qrupu nəzarət edir.
Fondun nümayəndəsi Rozanna Corlton ( Rozanne Chorlton) yaraqlıların təşkilatın əməkdaşlarına mane olmadıqlarını və bundan sonra digər təşkilatların da Somalinin cənubuna yardım çatdıracaqlarına ümidlə yanaşdığını deyir.

UNİCEF bu günlərdə bəyan edib ki, yaxın 3 ay ərzində Afrikanın buynuzunda yerləşən ölkələrdə quraqlıqdan əziyyət çəkən qadın və uşaqlara 32 milyon dollar təcili yardım lazımdır.

Fondun məlumatına görə hazırda bu ölkələrdə 2 milyona yaxın uşaq aclıqdan əziyyət çəkir.
XS
SM
MD
LG