Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:05

Argentina İran müdafiə nazirinin həbsinə order verib


Argentina İranı 1994-cü ildə Buenos Airesdə törədilmiş terror aktında əli olanları ona verməyə çağırıb.

Həmin vaxt yəhudi mərkəzində törədilmiş partlayışda 85 adam öldü.

Prokuror Alberto Nismanın bildirib ki, İran hələ də şübhəliləri vermədiyindən onun əməıkdaşlığa hazır olmasıyla bağlı verdiyi vədlər boş söz olaraq qalır.

Argentina şənbə günü bu terror aktının təşkili və törədilməsində şübhəli bilinən İranın müdafiə naziri Ahmed Vahidi, 5 iranlı və 1 Livan vətəndaşının həbsinə beynəlxalq order verib.

İisrail bu terror aktına görə İranla Livandakı Hizbullah qrupunu günahlandırır.
Onlar isə ittihamı rədd edir.
XS
SM
MD
LG