Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:32

14 talibançının adı qara siyahıdan çıxarılıb


BMT-nin təhlükəsizlik şurasının sanksiyalar üzrə komitəsi 14 keçmiş talibançının adını qara siyahıdan çıxarıb.

Onların Əfqanıstandan çıxmasına qoyulmuş qadağa götürülüb və xaricdəki bank hesabları açılacaq.

Bu Əfqanıstan hökumətinin xahişiylə edilib.

Rəsmi Kabil bu şəxslərin fəal şəkildə milli barışıq prosesinə qoşulduqlarını deyir.

Ümumilikdə Kabil 50-yə yaxın adamın qara siyahıdan çıxarılmasını istəyir.

Hazırda bu siyahıda Talibanla bağlı olan 123 adamın adı var.

BMT-nin təhlükəsizlik şurası Əfqanıstanda sülh prosesinə təkan vermək üçün bu yaxınlarda Əl Qaidə və Talibana qarşı sanksiyalara ayrılıqda baxmaq qərarına gəlib.
XS
SM
MD
LG