Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Çin ABŞ-ı Dalai Lamayla görüşü təxirə salmağa çağırıb


Pekin Birləşmiş Ştatları prezident Barack Obama ilə Tibetin dini lideri Dalai Lama arasında nəzərdə tutulmuş görüşü təxirə salmağa çağırıb.

Görüş şənbə günü Ağ evdə olmalıdır.

Çin xarici işlər nazirliyinin bəyanatında görüş ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir və bildirilir ki, bu ABŞ-Çin münasibətlərinə xələl gətirə bilər.

Ağ evin görüş ərəfəsində yaydığı bəyanatda deyilir ki, prezident Barack Obama görüşdə Tibetin nadir dini və mədəni irslərinin qorunub saxlanması və tibetlilərin hüquqlarının qorunmasına güclü dəstək bildirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG