Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:21

30-dan çox ölkə üsyançıları Liviyanın legitim hakimiyyəti elan etdi


ABŞ və Liviya üzrə kontakt qrupuna daxil olan 30-dan çox ölkə Liviya üsyançılarını Liviyanın legitim hakimiyyəti kimi tanıyıb.

İstanbulda kontakt qrupun yekun bəyannaməsində deyilir ki, Qaddafi rejimi bundan sonra Liviyada legitimliyə malik deyil.

Liviya üsyançılarının Liviyada legitim hakimiyyət hesab olunmasının çoxsaylı nəticələri var.
O cümlədən, bundan sonra üsyançılar Liviyanın Amerika banklarındakı hesablarından istifadə edə biləcək.

ABŞ banklarında Liviyanın 30 milyard dollar pulu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG