Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan üzrə əməkdaşı Elman Abbasov polislər tərəfindən döyüldüyünü deyir. AzadlıqRadiosuna müraciət edən Elmar Abbasovun sözlərinə görə, o və QHT nümayəndəsi İlqar Nəsibovla birgə «Yeni Müsavat» qəzetinin əməkdaşı, Şərurda yaşayan Həkimeldostu Mehdiyevin şikayəti əsasında onun evinə gediblər və bu zaman ora gələn polis əməkdaşları jurnalistlərin vəzifə borcunu yerinə yetirmələrinə imkan verməyiblər: «Fotoaparatımızı, videokameramızı əlimizdən aldılar, özümüzü də döyməyə başladılar. Canımı güclə onların əlindən qurtarıb indi bir zirzəmiyə girmişəm».

Naxçıvan MR-nın Şərur rayon polis idarəsinin növbətçisi AzadlıqRadiosuna bildirdi ki, onlara hələ məlumat daxil olmayıb və faktı araşdırarlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG