Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:15

10 minə yaxın abituriyent imtahanlardan 0-100 bal yığıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə

Ali məktəblərin III və I ixtisas qrupunun imtahanlarında bu ilki məzunların 9800 nəfəri 0-100 bal nəticə göstərib.

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, I ixtisas qrupunun imtahanlarında 5506, III ixtisas qrupunun imtahanlarında isə 4331 məzun 0-100 bal arası nəticə göstərib: «Bu, çox aşağı göstəricidir. Onlar orta məktəbi bu il qurtarıblar və attestat alıblar. Bunlar yalnız rəqəmlərdir, mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm». TQDK sədri deyib ki, I ixtisas qrupunun imtahanlarının nəticəsinə əsasən, 100-200 bal toplayan abituriyentlərin sayı kifayət qədərdir. Həmin şəxslərin tam orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul olunmaq şansları böyükdür.

HƏMÇİNİN OXU:

III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib
Tələbələr təhsil haqqı artımına etiraz edir
Etibar Əliyev: «Azərbaycan təhsili Afrika standartlarına uyğundur»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG