Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Azərbaycan 13 yaşlı qızın ölümünə görə Ermənistanı ittiham edir


Azərbaycan oyuncaq bombanın partlaması nəticəsində həlak olan 13 yaşlı qızın ölümündə Ermənistanı ittiham edir.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib ki, Ermənistan sərhəd rayonlarında yaşayan dinc sakinlərə qarşı təxribatı davam etdirir.

İyulun 14-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu Əlibəyli kəndində 13 yaşlı qız Ermənistan tərəfdən axan çaydan itə oxşayan oyuncaq tapıb. Oyuncağı evə gətirəndən sonra partlayış olub. Qız xəstəxanaya çatdırılanda yolda ölüb. Anası isə orta ağırlıqda xəsarət alıb.

Ana və qız Azərbaycana Rusiyadan qonaq gəlibmişlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG