Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:47

Ross Uilson: «Kazan görüşü sadəcə, çoxsaylı görüşlərdən biri idi»


Ross Uilson
Ross Uilson
«Aydındır ki, Kazan görüşü uğurlu olmayıb. Bu, çoxsaylı görüşlərdən biri idi. Proses davam edir, lakin münaqişəni həll etmək vacibdir. Ümid edirəm ki, Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda baza prinsipləri üzrə razılıq əldə etmək üçün lazımi addımı atacaqlar və münaqişənin həllinin detalları üzərində işə başlayacaqlar».

Bunu «APA»ya açıqlamasında ABŞ Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycan və Türkiyədəki keçmiş səfiri Ross Uilson (Ross Wilson) deyib. O bildirib ki, iki ölkənin liderləri bu münaqişəni həll edərək öz xalqlarından böyük etimad krediti qazana bilər:

«Bunu yaxın gələcəkdə etmək lazımdır, amma sözsüz ki, bu, çox çətin işdir».

Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının NATO yüklərinin Əfqanıstana nəqlinin təhlükəsizliyinə təsir göstərib-göstərməyəcəyi sualına diplomat belə cavab verib:

«Baş verən hadisə sözsüz ki, faciədir. Mən bu olayın Əfqanıstana yüklərin nəqlinə təsir göstərəcəyini düşünmürəm. Biz Əfqanıstanda fəal iş aparmağa, ora yük göndərməyə davam edəcəyik. Əminəm ki, ABŞ bu məsələdə Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG