Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Həbslər uzadıldı


Arif Hacılı
Arif Hacılı
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının həbs müddəti daha 2 ay uzadılıb. Arif Hacılı İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiyada saxlanılıb.

Bakı şəhər Prokurorluğu Arif Hacılı, Tural AbbaslıMəhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırmışdı.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna deyib ki, vəsatətdən bir gün qabaq xəbər tutublar və bu səbəbdən müdafiə tərəfi məhkəməyə hazırlıqsız gedib.

Səbail rayon Məhkəməsində keçirilən proses zamanı Ə. Mustafayev bir neçə vəsatət verib. Vəsatətlərdən biri – A. Hacılının barmaqlıqlar arasında yox, vəkilin yanında oturması təmin edilib.

Ə. Mustafayev deyir ki, o, məhkəmədən vəsatətin əvvəlcədən müdafiə tərəfinə təqdim olunmamasını qanun pozuntusu kimi tanınmasını istəyib:

«Məhkəmə bunun əvəzində təqdimatı bizə verdi ki, tanış olaq. Bir cümlə vardı ki, istintaq artıq yekunlaşıb, xahiş edirlər ki, materiallarla tanış olmaq üçün həbs müddəti iki ay da uzadılsın».

Vəkil deyir ki, istintaq materialları ilə tanışlıq üçün 5-10 gün də kifayətdir, həbs qətimkan tədbirinin uzadılması əsassızdır.

2 aprel aksiyaçılarından Tural AbbaslıMəhərrəm Məcidlinin də həbsi eyni səbəblə uzadılıb.

2 aprel aksiyası ilə əlaqədar 13 nəfər həbs olunub, onlardan bəzilərinin artıq məhkəməsi başlayıb. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.
XS
SM
MD
LG