Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:58
Bu ilin iyun ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri may ayı ilə müqayisədə 0.9%, o cümlədən ərzaq məhsulları 1.8%, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz ucuzlaşmış, xidmət tarifləri may ayının səviyyəsində qalıb.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2010-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.8%, o cümlədən ərzaq məhsulları 12.3%, qeyri-ərzaq malları 2.9%, xidmət tarifləri isə 4.3% bahalaşıb.

Cari ilin yanvar-may ayları ərzində ölkədə illik inflyasiya 8.9% təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG