Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Baş Prokurorluq məktəblərin tikintisində qanun pozuntularını araşdırır


Azərbaycanın Baş Prokurorluğu

Azərbaycanın Baş Prokurorluğu

Azərbaycanın Baş Prokurorluğu məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlayıb.

Bu barədə «APA»ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O, qeyd edib ki, son dövrdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub:

«Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilib, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işləri aparılıb».

Araşdırma zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.

E. Sultanov qeyd edib ki, hazırda araşdırma davam etdirilir, qısa müddətdə yekunlaşdırılaraq və bu barədə ictimaiyyətə məlumat verəcək.

Şərhləri göstər

XS
SM
MD
LG