Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:39

Kəmaləddin Heydərova "Şöhrət" ordeni verilib


Ilham Aliyev and Kamaladdin Heydarov
Ilham Aliyev and Kamaladdin Heydarov
İyulun 14-də prezident İlham Əliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Kəmaləddin Heydərov bu ordenə “Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” layiq görülür.

Sabah Kəmaləddin Heydərovun ad günüdür.

O 1961-ci il iyulun 15-də Naxçıvan şəhərində anadan olub.

1995-2005-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib.

2005-ci ildən fövqəladə hallar naziridir.

Bir neçə gün əvvəl isə prezident Azərbaycan diasporunun inkişafındakı fəaliyyətlərinə görə Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova “Tərəqqi” ordeni verib.
XS
SM
MD
LG