Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:17

«Təbriz» AXCP-dən imtina edir


«Təbriz» kinoteatrı
«Təbriz» kinoteatrı
«Təbriz» kinoteatrının rəhbərliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) tədbir keçirmək üçün yer verməkdən imtina edib.

Bu barədə AzadlıqRadiosuna partiya sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun deməsinə görə, əvvəlcədən hər şey razılaşdırıldığından onlar iyulun 14-də icarə haqqını ödəmək və zalda hazırlıq işləri aparaq üçün kinoteatra getsələr də onları zala buraxmayıblar:

«Biz hələ ötən həftədən Bakı şəhər icra hakimiyyəti ilə bu məsələni razılaşdırmışdıq. İcra hakimiyyətindən bizə bildirilmişdilər ki, məsələni kinoteatrın rəhbərliyi ilə razılaşdıraq. Biz da danışdıq, razılıq əldə olundu. İyulun 16-da AXC-nin yaranmasının 22-ci ildönümü ilə bağlı səfirliklər, müxtəlif qonaqlara dəvətnamələr göndərmişik. Bir gün qalmış bizə deyirlər ki, biz kinoteatrın zalını sizə verə bilmərik».

Gözəl Bayramlı deyir ki, indi onlar yenidən Bakı şəhər icra hakimiyyəti ilə danışıb məsələyə aydınlıq gətirməyə çalışırlar.

«Təbriz» kinoteatrının direktor müavini Tofiq Şəfiyev isə Azadlıqradiosuna deyib ki, kinoteatrın kimə icarəyə verilməsi onların öz işidir:

«Qardaş niyəsi filan yoxdur, buraxmıram da. Bura özəl yerdir. Heç kim mənə deyə bilməz ki verim-verməyib. Getsinlər məndən Nizami rayon və Bakı Şəhər icra hakimiyyətinə şikayət etsinlər».

Tofiq Şəfiyev partiya ilə aralarında şifahi razılaşma olması ilə bağlı məlumatları da təkzib edir:

«Razılaşma olsaydı, peçat vurulardı, qiymət filan yazılardı».

AXCP-nin yaranmasının 22-ci ildönümü ilə bağlı bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə «Təbriz» kinoteatrında tədbir keçiriləcəyi ilə əlaqədar elanlara rast gəlinir.

Azərbaycan Xalq Cəbhəsi 1989-il iyulun 16-da yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG