Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Pakistanın Karaçi şəhərində daha 14 adam öldürülüb


Cümə axşamına keçən gecə Pakistanın Karaçi şəhərində siyasi və etnik zəmində baş vermiş toqquşmalarda azı 14 nəfər ölüb, 20-ə yaxın adamsa yaralanıb.

160 adamın saxlandığı xəbər verilir.

Ölkəınin cənub-qərbində baş vermiş partlayışda isə 4 adam ölüb, 10 nəfərsə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, ölənlərin hamısı əfqan qaçqınlardır.

Partlayış Əfqanıstan sərhəddinin yaxınlığındakı Çaman şəhərindəki evlərdən birində baş verib.

Polisin məlumatına görə evdə silah və sursat saxlanırmış.
XS
SM
MD
LG