Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:58
Bəhreyndə hakimiyyətə qarşı üsyanın önündə getmiş və həbsdə işgəncələrə məruz qaldığı deyilən 20 yaşlı şairə Ayət əl-Qormezi gözlənilmədən azadlığa buraxılıb.

Doğma şəhəri Hamad yaxınlığındakı həbsxanadan buraxılan şairəni kütlə alqışlarla qarşılayıb.

Ailəsi mətbuata bildirib ki, Ayətin azadlığa çıxmasına sevinirlər, amma onun təkrar həbsindən qorxurlar.

Çünki onu nə ölkə rəhbəri əfv edib, nə də onun barəsində çıxarılmış 1 illik həbs cəzası haqda hökm ləğv edilib.

Yazda şiələrin sünni azlığının hakimiyyətinə qarşı keçirdiyi mitinqlərdə dediyi şeirlər Ayəti üsyanın simvoluna çevirmişdi. (VİDEO)

Səudiyyə ordusunun Bəhreyn sultanının köməyinə gəlməsindən sonra üsyan yatırılmış, meydanlarda fəal olmuş şəxslər, o cümlədən Ayət həbs edilmişdi.

Onun həbsxanada elektrik naqilləri ilə döyüldüyü, bundan başqa üzünə zərbələr vurulduğu, daha əvvəl isə polis məntəqəsində tualet təmizləməyə məcbur edildiyi iddia edilir.

Beynəlxalq hüquq müdafiə təşkilatları Bəhreyn hakimiyyətini kəskin tənqid edir, şairənin dərhal azadlığa buraxılmasına çağırırdılar.

Onun azadlığa çxmasını bu tənqidlərin nəticəsi də sayanlar var.

Bəhreyn sultanı beynəlxalq ictimaiyyətin çağırışlarından sonra - indi müxalifətə dialoq təklif edib və şiə çoxluğunu təmsil edən ana müxalifət partiyası son anda bu təklifi qəbul edib.

Həmçinin oxu
Üsyankar şairəni həbsə atdılar

Günün bütün mövzuları

XS
SM
MD
LG