Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Arif Hacılının həbs müddətini yenə uzatmaq istəyirlər


Bakı şəhər Prokurorluğu Arif Hacılı, Tural AbbaslıMəhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb.

Bu haqda vəkil Əshabəli Mustafayev məlumat verib.

Prokurorluğun vəsatətinə Səbail rayon Məhkəməsində baxılacaq.

Aprelin 2-də İctimai Palatanın keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

İttiham olunanlardan 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG