Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

Daha 4 aksiyaçının işi məhkəməyə göndərildi


İctimai Palatanın 2 aprel aksiyasının daha 4 iştirakçısı barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılmaq üçün məhkəməyə göndərilib.

Bu haqda Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev məlumat verib.

Təqsirləndirilənlər Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur MəcidliRüfət Hacıbəylinin işi Nəsimi rayon Məhkəməsinə göndərilib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

2 aprel mitinqinə görə ümumilikdə 14 nəfər haqqında cinayət işi açılıb.
XS
SM
MD
LG