Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:47

«Siyasi partiyalar haqqında» qanun layihəsi müzakirəyə payızda çıxarılacaq


Milli Məclis
Milli Məclis
Bu ilin sentyabr-oktyabr ayında Azərbaycanda «Siyasi partiyalar haqqında» qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır.

Bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Qanun layihəsinin hazır olduğunu deyən S. Mirzəyev sənədin rəy alınması üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərildiyini bildirib.

Rəy alındıqdan və müzakirələrdən sonra qanun layihəsi baxılmaq üçün Azərbaycan prezidentinə göndəriləcək.

Prezidentin təqdimatı əsasında Milli Məclisin payız sessiyasında layihənin müzakirəyə çıxarılması gözlənilir. /apa/
XS
SM
MD
LG