Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

6 ayda Əfqanıstanda 1462 dinc sakin həlak olub


Bu ilin ilk 6 ayı ərzində Əfqanıstanda 1462 dinc sakin həlak olub.

BMT-nin humanitar missiyasının məlumatına görə, bu, 2010-cu il ilə müqayisədə 15 faiz çoxdur.

Dinc əfqanların ölümünün 80 faizinə görə məsuliyyəti talibançılar üstlərinə götürüblər. 14 faiz ölüm halları isə NATO komandanlığının həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində baş verib.

Elə dünən gecə ölkənin şərqindəki Matun kəndində aparılan hərbi əməliyyat nəticəsində 7 dinc sakin həlak olub.

NATO komandanlığının nümayəndəsi bildirib ki, əməliyyat nəticəsində yaraqlılar öldürülüb, onların sayı dəqiqləşdirilir.
XS
SM
MD
LG