Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Obama Lavrovla beynəlxalq məsələləri müzakirə edib


ABŞ prezidenti Barak Obama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündə beynəlxalq məsələlər müzakirə olunub.

Bu barədə Ağ Evin məlumatında deyilir.

Prezident viza rejiminin liberallaşdırılması üzrə yeni ikitərəfli sazişin əldə olunmasındakı səylərə görə nazirə təşəkkürünü bildirib. O, Rusiyanın Liviya və Sudanda siyasi həllin axtarışında vasitəçilik səylərini dəstəkləyib.

Tərəflər İranın nüvə proqramı çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsinə görə yaranmış vəziyyətə, Suriya və Yəməndə zorakılığın qarşısının alınmasında beynəlxalq birliyin roluna toxunublar.

Prezident Obama Qarabağ nizamlanmasındakı səylərinə görə Lavrova təşəkkür edib, “ABŞ-ın baza prinsiplərinin qəbuluna nail olmaq cəhdlərini təsdiqləyib”.

Obama ilə Lavrov Avropada raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq məsələsinə də toxunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG