Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Bakıda 9 mərtəbəli yeraltı dayanacaqlar tikiləcək


Foto: Arxiv
Foto: Arxiv
Nəqliyyat Nazirliyi Azərbaycan paytaxtında yeni avtomobil dayanacaqlarının tikintisi üçün Nazirlər Kabinetinə müraciət edib.

Bu barədə «APA»ya nazirliyin şöbə müdiri Sədrəddin Məmmədov bildirib.

Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Təkliflərə əsasən, Bakının müxtəlif ərazilərində ümumilikdə 100-dək yeraltı dayanacaq tikiləcək. Şəhərin mərkəzi hissələrində dayanacaqlar 9 mərtəbəli olacaq. Bunların tikintisi üçün yerlər artıq seçilib, razılaşdırılıb. Standart layihəyə əsasən, tikiləcək 20 metr X 20 metr ölçülü dayanacaqlar 108 avtomobil tutumuna malik olacaq.

S.Məmmədov deyir ki, Bakıda tıxac probleminin həlli üçün dayanacaqlar hökmən yaradılmalıdır:

«Xüsusilə də «Eurovision» müsabiqəsi dövründə bu məsələ böyük problemlərə səbəb ola, hətta şəhərdə nəqliyyatın hərəkətini iflic edə bilər».
XS
SM
MD
LG