Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21

Valyutadəyişmə məntəqəsinə basqında bir nəfər həlak olub


Foto: Arxiv
Daxili İşlər Nazirliyi «Binə» Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə edilən basqına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov «APA»ya deyib ki, hadisə iyulun 14-ü səhər saat 09:30 radələrində baş verib. «Binə» Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə iki maskalı şəxs basqın edib. Onların açdığı atəş nəticəsində məntəqədə olan bir nəfər güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Basqınçılar hadisə yerindən qaçıblar.

Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

BAKIDA DAHA BİR SİLAHLI BASQIN OLUB.

Bu barədə «APA»ya Qaradağ rayon Polis İdarəsindən bildirilib.

Hadisə Lökbatan qəsəbəsində yerləşən «Binə» Ticarət Mərkəzində qeydə alınıb. Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək oranın işçisi Rafiq adlı şəxsi güllələyiblər. Sonra isə basqınçılar məntəqədən pulu götürərək hadisə yerindən qaçıblar.

Silahlı basqıya məruz qalan şəxs ölüb.

Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG