Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Mumbaidəki partlayışda 17 nəfər ölüb


Hindistanın Mumbai şəhərində baş vermiş dünənki partlayışlar nəticəsində 17 nəfər ölüb, 131 nəfər yaralanıb. Bundan əvvəl ölənlərin sayının 21, yaralıların 141 nəfər olduğu bildirilmişdi.

Polis hələ terror aktını kimin törətdiyini müəyyənləşdirə bilməyib. Hindistanın daxili işlər naziri Palaniappan Chidambaram partlayışları “əlaqələndirilmiş terror hücumları” adlandırıb.

Mumbaidəki terror aktlarını BMT-nin Təhlükəsizlik Şurası və ABŞ prezidenti Barac Obama kəskin pisləyib.
XS
SM
MD
LG