Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

Suriya Türkiyə ilə sərhəddə əməliyyat keçirib, azı 4 adam ölüb


Suriya hərbçilərinin Türkiyə ilə sərhəddə keçirdiyi əməliyyat nəticəsində azı 4 adam həlak olub. Bu haqda hüquq müdafiəçiləri məlumat verib.

Suriyanın İnsan Hüquqları üzrə Müşahidə Şurasının məlumatına görə, İdlib əyalətinin dörd yaşayış məntəqəsindəki əməliyyat hərbi texnikanın köməyi ilə keçirilib. Əməliyyatın əhalinin Türkiyəyə keçməsinin qarşısının alınması məqsədi ilə keçirildiyi bildirilir.

Bu arada ABŞ prezidetni Barac Obama bildirib ki, Suriya prezidenti Bashar Assad ölkəni demokratik keçidə hazırlaya bilmədiyi üçün legitimliyini itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG