Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:10

Mumbayda törədilmiş partlayışlarda azı 17 adam ölüb


Hindistanın Mumbay şəhərində törədilmiş bir neçə partlayışda azı 17 nəfər ölüb, 81 adamsa yaralanıb.

Polisin məlumatına görə, partlayışlar şəhərin müxtəlif rayonlarında, gur ticarət məhəllələrində törədilib.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hadisə yerlərinə polis qüvvələri və təcili yardım maşınları göndərilib.

Mumbay Hindistanın ticarət paytaxtı, dünyanın ən iri şəhərlərindən biridir.
XS
SM
MD
LG